XİDMƏTLƏR

Bakı və Abşeron yarımadası ərazisində daşınma
Azərbaycanın bütün rayon və şəhərlərinə daşınma
Beynəlxalq yükdaşıma

SKY EXPRESS yüksək keyfiyyətli xidmət göstərməyi Sizə təklif edir. Bakı şəhəri və Abşeron yarımadasında məktub və göndərişlərinizi piyada kuryer və motoskletər vasitəsilə çatdırılmasını həyata keçiririk. Sadə, rahat, sürətli, etibarlı, təminatlı və geniş xidmət şəbəkəsi – SKY EXPRESS-in göstərdiyi xidmətlərdə bütün bu yüksək keyfiyyət elementləri cəmləşib. Göndərişin çatdırılma haqqında məlumatı sayt üzərindən izlənilmək mümkündür, Biz çatdırma tezliyindən asılı olaraq kuryer xidmətini 2 növə ayırırıq, təcili və güniçi. Ərazilərin zonalar üzrə müəyyənləşdirilməsi və zonalarda göndərişlərin çatdırılma vaxtları haqqında məlumatları burada tapa bilərsiniz. “SKY Express” MMC aşağıdakı göndərişlərin kuryer vasitəsilə çatdırılmasını yerinə yetirir:

· Sənədlər

· Kütləvi daşınmalar

· Məktublar

· Reklam bukletləri

· Bağlamalar

· Müxtəlif yüklər

Kuryer xidməti poçt göndərişlərinin göndəricinin arzuladığı ünvanda qəbul edilib qısa zamanda ünvançıya çatdırılması deməkdir. Siz vaxtınıza və büdcənizə qənaət edəcəksiniz.

Ölkədaxili poçt xidmətləri:

Azərbaycanin istənilən rayon , kənd və şəhərlərinə xidmət göstəririk. Göndərilən sifarişi lazımı ünvana alan şəxsin imzası və dəqiqliklə şəxsən özünə etibarlı şəkildə təslim edilir. Beləliklə, Bizə etibar edilən yükün çatdırılmasına zəmanət veririk. Bağlama və məktubların ünvana təhvil verilməsi prosesində vaxtın hər dəqiqəsini qorunur. Və çatdırıldıqdan sonra çatdırma haqqında məlumatları göndərislərin izlənilməsi bölməsindən göndəriş kodunu daxil edərək öyrənə bilərsiniz.

QEYD: Keçici olaraq Ermənistan tərəfindən işğal olunmuş region (Dağlıq Qarabağ və onun ətrafı) istisna olaraq Azərbaycanın bütün digər ərazilərinə ölkə daxili xidmət göstəririk.

Beynəlxalq poçt daşınmaları

Bu xidmət dünyanın 190-dan artıq ölkəsində həyata keçirilir. Unikal beynəlxalq şəbəkəsinə malik SKY EXPRESS “ünvandan ünvana” prinsipi üzrə məktubların, sənədlərin və malların ən qısa zamanda dünyanın istənilən yaşayış məntəqəsinə etibarlı və təminatlı çatdırılmasını təmin edir. SKY EXPRESS sizlərə ən yaxşı xidməti ən uyğun qiymətlərlə təqdim edir. Göndərişin çatdırılma prosesinin hər bir mərhələsində sayt üzərindən izlənilməsini təmin edir. Beynəlxalq Express xidmətlərə, Yüklərin daşınması, Hava Yolu ilə Daşınması , Yüklərin TİRlərlə Daşınması , İdxal\ İxrac Xidmətlər, Gömrükləmə Xidmətləri, Yükün Anbarlanması , Qablaşdırma daxildir.